10 iyun 2021 16:00
612

“Qalatasaray” yeni mövsüm hazırlıqlarına kiminlə başlayacaq?

“Qalatasaray” yeni mövsüm hazırlıqlarına Selçuk İnanla başlayacağını açıqladı.

“İki sahil” xəbər verir ki, “Cim-bom” 2021-2022-ci il mövsümü hazırlıqlarına start verir.

Klub  yeni mövsümdən əvvəl iyunun 14-də Floryada bir araya gələcək. Məşqçi Selçuk İnanın rəhbərliyi altında hazırlıqlara başlayacaq komanda 14 və 15 iyun tarixlərində iki ayrı qrup halında sağlamlıq müayinəsindən keçəcək.

Komanda yeni mövsümdə ilk rəsmi oyununa UEFA Çempionlar Liqası ikinci təsnifat mərhələsində 20 və ya 21 iyulda çıxacaq. Xatırladaq ki, Hollandiyadan “PSV Eyndhoven”, Şotlandiyadan “Celtic” və ya Çexiyadan “Sparta Praqa” komandalarından biri ilə qarşılaşacaq "Cim-bom”un rəqibi iyunun 16-da UEFA-nın Nyondakı qərargahında keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.

Vüsal Cahanov, “İki sahil”