10 iyun 2021 19:19
582

Avrozonada ÜDM artımına dair proqnoz artırıldı

Avropa Mərkəzi Bankı (ECB) avrozonada ÜDM artımına dair proqnozunu əhəmiyyətli dərəcədə artırıb.

“İki sahil” xəbər verir ki, ECB prezidenti Kristin Laqard (Christine Lagarde) idarəçilər şurasının iclasından sonra keçirilən mətbuat konfransında cari ilin proqnozunun mart ayındakı 4 faizlik proqnoza qarşı 4,6 faizə, gələn ilin proqnozunu 4,1 faizə qarşı 4,7 faizədək artırıb.

Həmçinin inflasiyaya dair proqnoz da bu il üçün 1,5 faizdən 1,9 faizədək, gələn il üçün isə 1,2 faizdən 1,4 faizədək artırılıb.

ECB üçün inflasiyada hədəf 2 faizdən bir qədər aşağı rəqəmdir.