10 iyun 2021 23:25
122

5 kənddə pulsuz tibb xidməti göstəriləcək - Hande Harmancı - VİDEO

Ağdamda sağlamlıq layihəsi həyata keçiririk. Bu layihə çərçivəsində bizim səyyar klinikalarımız 5 kəndə gedəcək.

"İki sahil" xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O qeyd edib ki, bundan əlavə buradakı xəstəxanaya diaqnostik testlər, oksigen aparatları, dərman vasitələri gətirilib: "Bunlar Ümumdünya Səhiyyə Təşkilatından kiçik yardımdır. Burada işlərimizi davam etdirmək istəyirik".