23 iyun 2021 10:07
607

"Avro-2020": Bu gün daha dörd qarşılaşma baş tutacaq

Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. 

“İki sahil” xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq.

Əvvəlcə E qrupu çərçivəsində Slovakiya və İspaniya yığmaları üz-üzə gələcəklər. 

Qrupun digər oyununda İsveç və Polşa yığmaları üz-üzə gələcək.

Günün üçüncü matçı F qrupunda Almaniya və Macarıstan yığmaları arasında baş tutacaq.

Bu qrupun digər oyununda isə Portuqaliya və Fransa milli komandaları qarşılaşacaq.

AÇ-2020

23 iyun

E qrupu

20:00. Slovakiya - İspaniya
Sevilya. “Estadio de La Cartuja”.

20:00. İsveç - Polşa
Sankt-Peterburq. “Qazprom Arena”.

F qrupu

23:00. Almaniya - Macarıstan 
Münhen. “Allianz Arena”.

23:00. Portuqaliya - Fransa 
Budapeşt. “Puskas Arena”.