23 iyun 2021 10:20
575

"Yuventus" İtaliya millisinin futbolçusunu transfer edir

İtaliyanın "Sassuolo" klubunda çıxış edən Manuel Lokatelli "Yuventus"a keçməyə çox yaxındır.

“İki sahil” xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Skira tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, Turin təmsilçisi iki gün ərzində bu transferi açıqlayacaq. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. Lokatelli yeni klubunda illik 3 milyon avro maaş alacaq.

Qeyd edək ki, hazırda Avropa çempionatında İtaliya millisinin düşərgəsində yer alan Manuel Lokatelli ötən mövsüm "Sassuolo"nın heyətində 34 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.