23 iyun 2021 11:00
648

Putin dünyada təhlükəsizliyə qarşı təhdidləri açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizliyə qarşı təhdidlər sırasında kütləvi qırğın silahlarının yayılması risklərini, narkotik maddələrin alqı-satqısı, kibercinayətkarlıq və terrorizmi sadalayıb.

Bu barədə “İki sahil” TASS-a istinadən xəbər verir.

“Regional silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd cinayətkar qruplaşmalarının fəallığı, narkotik maddələrin alqı-satqısı və kibercinayətkarlıq ciddi narahatlıq doğurur”, - Rusiya dövlətinin başçısı Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçılarına videomüraciətində bildirib.

“Beynəlxalq terrorizm də əvvəlki kimi xüsusi təhdid olaraq qalır”, - prezident əlavə edib.