23 iyun 2021 11:36
529

Ermənistanda son sutka ərzində koronavirusa 100 nəfər yoluxub

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 100 yoluxma halı qeydə alınıb.

“İki sahil” xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 430-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4503-ə çatıb.