23 iyun 2021 11:39
628

Rusiya regional problemlərin həllində bərabər səviyyədə iştirak etməyə hazırdır - Putin

Rusiya heç vaxt öz iradəsini digər dövlətlərə diktə etmir və regional problemlərin həllində bərabər səviyyədə iştirak etməyə hazırdır”.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə 9-cu Moskva Konfransında çıxış edərkən bildirib.

“Biz heç vaxt iradəmizi digər ölkələrə diktə etmirik. Siyasi və diplomatik metodlardan istifadə edərək bərabər səviyyədə, qlobal və regional problemlərin həllində iştirak etməyə, bütün ölkələrlə yaradıcı əməkdaşlığı genişləndirməyə hazırıq”, - deyə V. Putin konfrans iştirakçılarını salamlayarkən qeyd edib.