Peruda 6 bal gücündə zəlzələ olub.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, məlumatı Peru Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar paytaxt Limanın yaxınlığında yerləşən Mala şəhərinin 33 km cənub-qərbində baş verib.
Hökumət rəsmiləri zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilmədiyini, itki və dağıntının olmadığını bildiriblər.