23 iyun 2021 13:12
692

Şəkər tozu ixracı iki dəfədən çox artıb

Bu ilin ilk 5 ayında 31,6 min ton şəkər tozu ixrac edilib.

"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 16,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 6 milyon dollarlıq 14,6 ton şəkər tozu ixrac edilib.