23 iyun 2021 16:25
751

Tamaşadan yığılan vəsait "YAŞAT" a ianə ediləcək - FOTO

Imişli regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.

"İki sahil" xəbər verir ki, tədbir çərçivəsində mərkəzdə "Xalqıma xidmət edəcəm" tamaşası səhnələşdirilib. Açıq hava şəraitində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə həmçinin könüllülər tərəfindən hazırlanmış əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.

Tamaşada iştirak üçün öncədən elan edilmiş bilet satışından, eyni zamanda sərgidən əldə olunmuş gəlir "YAŞAT" Fonduna ianə ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.