23 iyun 2021 22:26
788

AVRO-2020: 1/4 final üçün Bakıya hansı komandalar gələcək?

AVRO-2020-nin 1/8 final mərhələsinin daha bir cütü bəlli olub.

“İki sahil” xəbər verir ki, qrup üçüncülərindən rəqibi bilinən ilk komanda Çexiyadır.

D qrupunda 3-cü yeri tutan komanda 1/8 finalda Niderlandla görüşəcək. Bu matç iyunun 27-də Budapeştdə təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu cütün qalibi iyulun 3-də Bakı Olimpiya Stadionuna 1/4 finalda meydana çıxacaq. Niderland – Çexiya cütünün qalibi Uels-Danimarka matçının qalibi ilə oynayacaq.

Qeyd edək ki, Niderland və Danimarka heç vaxt Bakıda millimizə rəqib olmayıb və ilk dəfə ölkəmizə gələ bilər.