24 iyun 2021 09:47
653

Braziliya Kolumbiyaya qalib gəlib

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Braziliya yığması ilə Kolumbiya seçməsi qarşılaşıb.

“İki sahil” xəbər verir ki, Rio-de-Janeyronun “Olimpiko Nilton Santos-Enjenyan” stadionunda keçirilən matç braziliyalıların 2:1 hesablı minimal qələbəsi ilə bitib.

Qarşılaşmanı 10-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Luis Dias açıb. Braziliyalıların cavab qolunu 78-ci dəqiqədə Roberto Firmino vurub. Meydan sahibləri əsas vaxta əlavə olunmuş 10-cu dəqiqədə Kazemironun qolu ilə qələbə qazanıblar.

Bu matçdan sonra Braziliya yığması B qrupunda doqquz xalla birinci yeri tutur. Siyahıda ikinci yerdə 4 xalı olan Kolumbiya və Peru yığmaları qərarlaşıblər.

Braziliya yığması növbəti matçını Ekvadora qarşı keçirəcək.