24 iyun 2021 08:14
653

Filippinin sabiq prezidenti Beniqno Akino vəfat edib

Müxtəlif xəstəliklərdən əziyyət çəkən Filippinin sabiq prezidenti Beniqno Akino 61 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə "ABS-CBN" mediaqrupuna sabiq prezidentin ailə üzvü məlumat verib.

Bildirilir ki,, Beniqno Akino bu gün səhər saatlarında naməlum səbəbdən xəstəxanaya yerləşdirilib.

"Manila Bulletin"in məlumatına əsasən, sabiq prezident ürək çatışmazlığından vəfat edib.