24 iyun 2021 09:55
553

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,21% – 33,874.24 bəndədək, S&P 500 indeksi 0,11% – 4,241.84 bəndədək enib, Nasdaq indeksi isə 0,13% – 14,271.73 bəndədək yüksəlib.

“İki sahil” xəbər verir ki, Avropa fond bazarlarında iyunun 23-də FTSE 100 indeksi 0,22% – 7,074.06 bəndədək, Fransanın CAC-40 indeksi 0,91% – 6,551.07 bəndədək, Almaniyanın DAX indeksi isə 1,15% – 15,456.39 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,67% azalaraq 1 778 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1,1923 dollar təşkil edib.