24 iyun 2021 10:49
554

Gürcüstanda son sutkada 656 koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 656 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 361 484, ölənlərin sayı isə 5 228 nəfərə çatıb. Virusa yoluxanlardan 347 653 nəfərin sağaldığı bildirilir.