24 iyun 2021 11:20
1189

Ermənistanda yoluxanların sayı 224533 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 103 yoluxma halı qeydə alınıb.

"İki sahil" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 533 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 2 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4505 nəfərə yüksəlib.