24 iyun 2021 12:20
694

Türkiyənin Antalya şəhərində "Dostluq Gecəsi" keçirilib

Türkiyənin Antalya şəhərində "Dostluq Gecəsi" təşkil olunub.

“İki sahil” xəbər verir ki, Antalya Bilim Kollecinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanı "Antalya Azərbaycan Kültür və Dayanışma" Dərnəyi təmsil edib.

Türkiyə, Azərbaycan, Rusiya və Qazaxıstan mədəniyyəti ilə tanışlıq məqsədi daşıyan proqramdan öncə, gecədə təmsil olunan ölkələrin milli yeməkləri, şiriniyyatları və suvenirlər sərgilənib. Konsert proqramında səhnə alan kiçik həmyerlilərimiz musiqi, rəqs və şeir nömrələri ilə çıxış ediblər.

Proqramın sonunda iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.