24 iyun 2021 13:55
660

Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

Yanvar-may aylarında Azərbaycandan MDB ölkələrinə 659 milyon 191 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən "İki sahil"ə bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 79 milyon 157 min dollar çoxdur.

Cari ilin beş ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 73 milyon 214 min dollar olub.