YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və bir qrup partiya fəalı 24 iyun 2021-ci il tarixində rayonun Köçərli kəndindən Vətən müharibəsində şəhid olanların məzarlarını ziyarət edərək qəbirləri üzərinə gül-çiçək dəstələri qoyub, xatirələrini ehtiramla anıblar.
"İki sahil" xəbər verir ki, həmin kənddən Vətən müharibəsində qəhramanlıq göstərərək qazi adına layiq görülmüş Hacıyev Ruslan Rafiq oğlunu ziyarət edərək onun problemləri ilə maraqlandılar və lazımi köməklik göstərdilər.