24 iyun 2021 16:12
708

“Delta” ştammı Qazaxıstana da çatdı

Qazaxıstanın paytaxtı Nur-Sultanda son sutka ərzində qeydə alınan koronavirusa yoluxma hallarının 56 faizi Hindistanda meydana gələn “Delta”  ştammının payına düşür.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hökumət nəzdindəki “COVID-19” üzrə idarələrarası komissiya yeni növün yayılması ilə əlaqədar daha əvvəl yumşaldılmış karantin tədbirlərinin sərtləşdirilməsinə qərar verib.