27 iyul 2021 09:53
933

“Tokio-2020”: Murad Fətiyev səkkizdəbir finala yüksəlib

“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir.

Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb. On altıdabir final mərhələsində Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olub. Cüdoçumuzun rəqibi görüşə çıxmadığı üçün o, səkkizdəbir finala yüksəlib

Qeyd edək ki, cüdo komandamızın aktivində hələlik medal yoxdur. Cüdoçularımızdan ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) qazanıb – 5-ci yer.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

AZƏRTAC