30 iyul 2021 17:33
805

İsrail gəmisi Ərəbistan dənizində hücuma məruz qalıb

Ərəbistan dənizində Liberiya bayrağı altında üzən, İsrailin “Zodiac Maritime LTD” şirkətinin idarəçiliyində olan “Mercer Street” tankeri hücuma məruz qalıb.

“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, tanker Omana məxsus Məsirah adası yaxınlığında atəşə tutulub, nəticədə Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü öldürülüb.

"Zodiac Maritime" şirkəti gəminin Darəssalamdan (Tanzaniya) Birləşmiş Ərəb Əmirliklərinin Fucəyrah limanına yüksüz getdiyini bildirib.

“Dryad Global” portalı gəminin drondan atəşə tutulduğu ehtimalını irəli sürüb.