30 iyul 2021 18:57
720

Misir məhkəməsi 16 terrorçunu edam cəzasına məhkum edib

Misirin Damanhur məhkəməsi 2015-ci ildə Beheyra vilayətində polis avtobusuna bombalı hücum edən 16 nəfərin edam olunması barədə hökm çıxarıb. Məhkumlardan 6-sı haqqında qiyabi ölüm hökmü qəbul edilib. Onlar terror aktından sonra ölkədən qaça biliblər.

Dövlət ittihamçısı terrorçuların “Müsəlman qardaşları” hərəkatının üzvü olduqlarını bildirib. Onlar altı il əvvəl içərisində 50 polis əməkdaşının olduğu avtobusa bombalı hücum təşkil etməkdə təqsirləndirilirlər. Həmin terror aktı nəticəsində 3 nəfər həlak olub, 36-sı isə yaralanıb. Terrorçuların yaşadıqları məkanlarda axtarış aparılan zaman çoxlu sayda partlayıcı qurğu, avtomat silahlar və böyük məbləğdə pullar aşkar edilib.

Misir məhkəməsi 2014-cü ildə də polis əməkdaşını qətlə yetirən 8 terrorçu haqqında edam hökmü çıxarıb.