31 iyul 2021 01:10
480

Ərəb koalisiyası husilərin PUA-sını məhv edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası "Ənsar Allah" Yəmən hərəkatının (husilər) minalanmış pilotsuz uçuş aparatını məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə koalisiyanın bəyanatında deyilir.

Məlumata əsasən, PUA Səudiyyə Ərbistanına məxsus ticarət gəmisi istiqamətində buraxılıbmış: "Husilərin Səudiyyə Ərəbistanının ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum cəhdinin qarşısı alınıb. <...> Babül-Məndəb boğazı istiqamətində gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün bütün lazımi tədbirlər görülür".