09 fevral 2016 20:35
853

TQDK-nın sədri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 19-da saat 11.00-da Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

TQDK-dan verilən məlumata görə, qəbulda Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayonlarının sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya Komissiyanın Göyçay regional bölməsinə (ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi 43, Telefon: (020) 274-66-74 ) müraciət etməlidirlər.

Eyni zamanda, qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 10-dan 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayonlarının təhsil şöbələrinə qeydiyyat üçün müraciət edə bilərlər.