30 avqust 2021 14:40
1403

UTECA-nın magistr qəbulunda rekord

Azərbaycan Texnologiya Unversitetində magistraturaya qəbul olunanların sayında ən yüksək nəticə 2021-ci ildə qeydə alınıb.

2021-ci ildə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən Azərbaycan Texnologiya Universitetinə 216 magistrant qəbul olunub. Onlardan 200 nəfəri əsas müsabiqədə, 16 nəfəri isə əlavə yerləşdirmə zamanı qeydiyyatdan keçib. Bununla da cari ildə universitetin magistratura səviyyəsinə qəbul faizi təxminən 95% təşkil edib.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, bu universitetin magistraturaya qəbul tarixində ən yüksək göstəricidir. Azərbaycan Texnologiya Universitetində magistrantların sayının artırılması gələcəkdə universitetin tədqiqat universitetinə çevrilməsinə, elmi fəaliyyətin və təh­sil-elm-is­teh­salat əla­­qə­lə­ri­nin  güclənməsinə şərait yaradacaq.  

Azərbaycan Texnologiya Universitetinin magistratura səviyyəsinə qəbulun son 10 il üzrə statistikası: