15 sentyabr 2021 00:45
611

Türkiyə səfirliyindən Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım

Türkiyənin Azərbaycandakı Səfirliyi işğalından azad edilməsinin 103-cü ildönümü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“Bakının qurtuluşunun 103-cü ilində başda Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla, onun qəhrəman əsgərlərini, əziz şəhidlərimizi şükranla və rəhmətlə anırıq.

Türkiyə-Azərbaycan qardaşlığı “Bir millət iki dövlət” anlayışı ilə daim yaşayacaq”.