16 sentyabr 2021 17:48
630

Bəzi fransalı deputatlar münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir

Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Nazir bu barədə Azərbaycanın iradını qarşı tərəfin diqqətinə çatdırıb.