16 sentyabr 2021 19:20
770

İƏT OA nümayəndə heyəti Cıdır düzündə olub

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Cıdır düzündə olub.

“İki sahil” xəbər verir ki,  nümayəndə Cıdır düzünü gəzib, ətrafı seyr ediblər. Bununla da, nümayəndə heyətinin Şuşaya səfəri baş çatıb.

Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edib.

Şuşada həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.