16 sentyabr 2021 19:53
892

Rusiyanın təklifi həm Bakıya, həm də İrəvana təqdim olunub

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gorus-Qafan yolunda Azərbaycan tərəfinin İranın yük avtomobillərini saxlamasına münasibət bildirib.

“İki sahil” xəbər verir ki,  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, onlar Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı məntəqələrindəki vəziyyəti diqqətlə izləyirlər.

“Varatan kəndi yaxınlığındakı vəziyyətin inkişafı bir daha Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə tezliklə başlanmasının vacib olduğunu təsdiq edir. Bu barədə Rusiyanın təklifi həm Bakıya, həm də İrəvana təqdim olunub. Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.