16 sentyabr 2021 19:55
761

Çində zəlzələ olub

Çində 6 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin mərkəzi Lucou şəhərində yerləşib və dərinliyi 10 kilometr təşkil edib.

İlkin məlumata görə, zəlzələ nəticəsində bir neçə inzibati və sosial bina ilə yanaşı, 200-ə yaxın fərdi evə ciddi zərər dəyib. Dağıntı nəticəsində dörd nəfər ölüb, 60 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Mülki müdafiə qüvvələri təbii fəlakət zonasından 6904 nəfəri təxliyyə edib. Lucou şəhərində ən yüksək səviyyədə fövqəladə vəziyyət elan edilib.