17 sentyabr 2021 20:52
925

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək avtomobillərinin qiyməti açıqlanıb

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə “Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Emin Axundov deyib.

“Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır. Burada istehsal olunan pikapların qiyməti isə 50-70 min arasında dəyişəcək. Avtomobilləri “General Motors”un razılığı ilə Türkiyə bazarında satmağı hədəfləyirik. Avtomobillərin ehtiyat hissələrinin də Azərbaycanda istehsalı ilə bağlı razılıq əldə edilib”, - deyə E.Axundov qeyd edib.