18 sentyabr 2021 23:32
853

Hacıqabulda şəhidin məzarı ziyarət edilib

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi və fəalları Şəhid Baladov Ruslan Allahyar oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

“İki sahil” xəbər verir ki, daha sonra şəhidin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb, Şəhidin xatirəsinə hazırlanmış xüsusi hədiyyəni atasına təqdim ediblər.