19 sentyabr 2021 14:17
855

Deyilən məbləğ doğru deyil

PSJ-nin direktoru Leonardo yeni transferləri Lionel Messinin maaşı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

“İki sahil” xəbər verir ki, o, argentinalının ilinə 30 milyon avro maaş alacağı haqda iddialara toxunarkən deyib:

"Bu, tamamilə reallıqdan uzaq məlumatdır. Müqavilədə maliyyə ilə bağlı məxfiliyin qorunmasına dair bənd var. Amma onu deyə bilərəm ki, deyilən məbləğ doğru deyil".