19 sentyabr 2021 13:28
878

Azərbaycan və Ermənistan arasında münasibətlərdəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar

“Zəngəzur koridorunun açılıb-açılmaması bir siyasi məsələdir”.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti deyib ki, əgər Nikol Paşinyan R. T. Ərdoğanla görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır: “Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır”.

R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar.