19 sentyabr 2021 16:46
1024

Türkiyə ordusu daha 10 PKK terrorçusunu məhv edib

Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.

Terrorçulara qarşı əməliyyat davam edir.