19 sentyabr 2021 17:39
783

Filippinli boksçu Pakyao prezidentliyə namizəd olacaq

Filippinli boksçu və senator Emmanuel Dapidran Pakyao 2022-ci il seçkilərində prezidentliyə namizəd olacaq.

“İki sahil” xəbər verir ki, onun namizədliyi Filippin Demokratik Xalq Hakimiyyəti Partiyasından irəli sürülüb. Bundan əvvəl partiya senator Kristofer Bonqu Qonun namizədliyini irəli sürsə də, o, bundan imtina edib.

Sentyabrın əvvəlində Fillipinin hazırkı prezidenti Rodriqo Duterte gələn il prezident seçkilərində namizəd olmayacağını, vitse-prezident vəzifəsinə iddialı olduğunu bildirmişdi.