19 sentyabr 2021 17:50
807

İranda daha 391 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID-19) ölüb, 15 min 975 nəfər yoluxub.

“İki sahil” xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 117 min 182 nəfərə,

yoluxanların sayı isə 5 milyon 424 min 835 nəfərə çatıb. Virus daşıyıcılarından 6 min 765 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 milyon 764 min 998 nəfər koronavirusdan sağalıb, 31 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 43,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 29,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13,9 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 57 rayon qırmızı, 238 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 136 rayon sarı zona hesab olunur.