19 sentyabr 2021 22:08
862

Rusiyada koronavirusa 20 mindən çox yoluxma qeydə alınıb

Rusiyada ötən sutka ərzində koronavirusa 20 min 174 yoluxma halı qeydə alınıb.

“İki sahil” xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 milyon 274 min 928 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 793 nəfər ölüb, 13 min 418 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədən koronavirusdan ölənlərin sayı 198 min 218 nəfər, sağalanların sayı isə 6 milyon 498 min 682 nəfər təşkil edir.