20 sentyabr 2021 00:18
1009

“Exit poll”: Vahid Rusiya Partiyası parlament seçkilərində 45,2 % səs toplayıb

Vahid Rusiya Partiyası Rusiya Dövlət Dumasına bu gün keçirilən seçkilərdə partiya siyahısı üzrə seçicilərin 45,2 % səsini yığıb, həmçinin zəruri olan 5 %-lik keçid baryerini aşaraq, parlamentdə təmsil olunan digər siyasi təşkilatlar - Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokratik Partiyası və "Ədalətli Rusiya"nı üstələyib.

Bu, İNSOMAR şirkəti tərəfindən keçirilmiş sorğunun - “exit poll”un nəticələrində yer alıb.

Qeyd edilir ki, "Vahid Rusiya" 45,2 %, Rusiya Federasiyası Kommunist Partiyası – 21 %, Rusiya Liberal Demokratik Partiyası - 8,7 %, "Ədalətli Rusiya" - 7,9 % səs toplayıb. Qeyri-parlament partiyalarından ən yaxşı nəticəni 4,7 % səslə "Yeni insanlar" Partiyası göstərib.

Qeyd edək ki, Rusiyada yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə Vahid Rusiya Partiyası lider olub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallğı 45 %-i ötüb.

Bu günlərdə Rusiyada həm də bələdiyyə seçkiləri keçirilir.

“Report”