16 yanvar 2020 17:46
269

25 yaşlı qadın avtomobili ilə məhlədə oynayan uşaqların qəsdən üstündən keçdi

Avtomobilini qəsdən məhlədə oynayan uşaqların üstünə sürən qadın sərbəst buraxılıb.

İngiltərənin Çeşir qraflığında yaşayan 25 yaşlı Nicole Lyons adlı qadın qəsdən "BMW" ilə məhlədə oyun oynayan uşaqların üstündən keçib.

Hadisə nəticəsində 3 uşaq xəsarət alıb, birinin ayağı qırılıb. Nikol saxlanılıb. Lakin o, məhkəmədə bunun qəza olduğunu iddia edərək, həbsdən yayınıb.

Qadının sərbəst buraxılması qonşular arasında narazılığa səbəb olub. Belə ki, Nikol hadisədən dərhal sonra şəxsi Facebook hesabında "İndi başa düşdünüz ki, mənim qapımın qabağında oynamaq olmaz.  Bir daha mənim evimə yaxın gəlməyin" sözlərini yazıb.

Qeyd edək ki, hadisə baş verən zaman uşaqlar "qapını döy, qaç" oyunu oynayıblar.

Milli.Az