Türkiyə Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etmişdir

17 dekabr 2012 04:00
3362

Türkiyə Prezidenti Abdullah Gül ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Ankarada səfərdə olan Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini Çankaya köşkündə qəbul etmişdir.

A.Gül dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinin Türkiyədə də əziz tutulduğunu, “bir millət, iki dövlət” olan qardaş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə olduğunu vurğulamışdır.

Görüşdə Türkiyə Prezidenti Aparatının rəhbəri Mustafa İsen və  ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov da iştirak etmişlər.