25 sentyabr 2021 10:44
407

Belçikalı hücumçu "Zirə"yə keçidindən danışdı

"Yay transfer pəncərəsində seçim etmək üçün tələsmədim və təklifləri dərindən incələdim. İsrail, Ruminiya, Niderland və Səudiyyə Ərəbistanından da təkliflərim var idi".

“İki sahil” xəbər verir ki, bunu "Zirə"nin yeni transferi Loris Bronyo paytaxt təmsilçisinə keçidi barədə "voetbalkrant.com" saytına açıqlamasında deyib.

Belçikalı hücumçu bildirib ki, həm özü, həm də ailəsi üçün "qartallar"ın təklifini qəbul edib: "Fikrimcə, düzgün addım atdım. Yalan danışmayacağam, burada yaxşı maliyyə şərtləri də rol oynadı. Amma Səudiyyə Ərəbistanına getsəydim, daha çox pul qazana bilərdim. Digər tərəfdən, Belçika klublarının konkret təkliflə müraciət etməməsi məni məyus etdi".

Qeyd edək ki, "Zirə" Loris Bronyo ilə 2 illik müqavilə imzalayıb.