25 sentyabr 2021 19:30
829

Çində qayıq batıb, beş nəfər itkin düşüb

Çinin cənub-qərbindəki Yunnan əyalətində, Tszinşa çayında qayıq batıb.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 5 nəfər itkin düşüb.

Qeyd olunur ki, qəza zamanı qayıqda 6 nəfər olub. Bir nəfər üzərək sahilə çıxa bilib.

Hazırda itkin düşənlərin axtarışları aparılır. Axtarışlarda 4 kater və 200-dən çox şəxs iştirak edir.