25 sentyabr 2021 18:54
730

“Keşlə” ilk xalını “Qarabağ”dan aldı

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

“İki sahil” xəbər verir ki, "Keşlə" "Qarabağ"ı qəbul edib.

Matçın 20-ci dəqiqəsində “Qarabağ” Zubirin vurduğu qolla hesabda önə çıxsa da "Keşlə" 71-ci dəqiqədə Netonun vurduğu qolla hesabı bərabərləşdirib.

Oyun bu hesabla da başa çatıb.

Azərbaycan Premyer Liqası

5-ci tur

25 sentyabr (şənbə)

17:00.“Keşlə” 1–1 “Qarabağ”

Qollar: Zubir, 20 (0:1), Neto, 71 (1:1)

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov

“ASK Arena”