2021-ci ildə Azərbaycanda qeyri-neft ümumi daxili məhsulunun artımı 4,5 faiz təşkil edəcək.
"İki sahil" bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə "Regional Economic Outlook" hesabatına istinadən məlumat verir. 2022-ci ildə də bu göstərici 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.
BVF-nin bundan əvvəlki proqnozunda Azərbaycanda 2021-ci ildə qeyri-neft ümumi daxili məhsulunun artımı 3,5 faiz, 2022-ci ildə isə 2,3 faiz səviyyəsində idi.
Eyni zamanda, BVF-nin proqnozlarına əsasən, Azərbaycanda 2021-ci ildə neft ümumi daxili məhsulunun artımı 0,2 faiz olacaq. 2022-ci ildə bu göstərici dəyişməz qalacaq.