24 oktyabr 2021 16:05
761

İspaniyalı sabiq futbolçunu elektrik cərəyanı vuraraq öldürüb

İspaniyalı keçmiş futbolçu Santyaqo Otero vəfat edib.

“İki sahil” xəbər verir ki, 38 yaşlı idmançı evindəki vannada ölü tapılıb.

O, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Oteronu mobil telefonun batareyasını doldurarkən cihaq suya düşüb və bu zaman onu elektrik cərəyanı vurub.

Qeyd edək ki, Santyaqo Otero "Real Ovyedo"nun gənclər komandasında və bir neçə yerli klubda çıxış edib.