24 oktyabr 2021 18:48
530

Şəhidlərimiz Hacıqabulda anılıblar

Oktyabrın 23-də Hacıqabul rayonunun Şorbaçı kəndində Vətən Müharibəsi şəhidi, baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlunun doğum günü qeyd edildi.

“İki sahil” xəbər verir ki, YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi və fəalları, Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndələri və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarını ziyarət etdilər və şəhidin xatirə lövhəsinin açılış mərasimində iştirak etdilər.

O cümlədən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri rayonun Meyniman kəndində şəhid Hüseynov Nicat Adil oğlunun və rayonun Rəncbər kəndində şəhid Zeynalov Fikrət Hikmət oğlunun il mərasimlərində iştirak etdilər.