24 oktyabr 2021 20:06
534

Gürcüstanda məcburi vaksinasiyaya yol verilməyəcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsində məcburi vaksinasiyaya yol verməyəcəyini bildirib

“İki sahil” xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıblar.

Baş nazirin sözlərinə görə, vətəndaşları məcbur yox, əmin etməlidilər ki, vaksinasiya yeganə, alternativsiz çıxışdır.

"Birmənalı olaraq demək istəyirəm, mən, koordinasiya şurasının sədri və baş nazir kimi, məcburi vaksinasiyaya yol verməyəcəm. İstəyirəm bunu hamı yaxşı bilsin. Vətəndaşlarımızın azad seçim hüququ və imkanı var", - deyə İrakli Qaribaşvili bildirib.

Xatırladaq ki, son sutka ərzində Gürcüstanda koronavirusa 3 436 nəfər yoluxub, 4 483 xəstə sağalıb, 43 nəfər vəfat edib.